"Betis"in yarımmüdafiəçisi Covani Lo Çelso karyerasını ABŞ-də davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"İnter Mayami" argentinalı futbolçunu transfer etmək istəyir. İspaniya klubu Lo Çelsonu 5 milyon avroya satmağa hazırdır. La Liqa təmsilçisində əsas heyətdə yerini itirən 29 yaşlı hücumameyilli yarımmüdafiəçi özü MLS klubuna keçməyə isti yanaşır.

Qeyd edək ki, Covani Lo Çelsi bu mövsüm "Betis"in heyətində keçirdiyi 20 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest