FİFA Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna tətbiq edilmiş transfer qadağasını ləğv edib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

FİFA nümayəndələri “Əl-Nəsr”in bütün tələbləri və öhdəlikləri yerinə yetirdiyini təsdiqləyib və klubla bağlı iş bağlanıb. Beləliklə, Səudiyyə klubu artıq yeni futbolçularla müqavilə imzalaya və onları heyətində qeydiyyatdan keçirə bilər.

Daha əvvəl “Əl-Nəsr”ə 2023-cü ildə Aymerik Laportun transferi ilə bağlı “Mançester Siti”yə olan borca görə transfer qadağası tətbiq edildiyi barədə məlumat yayılmışdı. Səudiyyə klubunun “şəhərlilər”ə təxminən 9 milyon avro borcunun olduğu qeyd olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest