23 Dekabr 2025, 13:20
FUTBOL
Komitə "Zaqatala"ya texniki məğlubiyyət verib. Buna səbəb bölgə təmsilçisinin MOİK-lə matçda legioner limitini pozmasıdır.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda I Liqanın XI turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.
Komitə "Zaqatala"ya texniki məğlubiyyət verib. Buna səbəb bölgə təmsilçisinin MOİK-lə matçda legioner limitini pozmasıdır.
Zaqatalalılara 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa, klub 1200 manat məbləğində cərimələnib.












