24 Dekabr 2025, 18:24
FUTBOL
Serxio Ramos Meksikanın "Monterrey" klubunu tərk edib
Matc.az xəbər verir ki, ispaniyalı müdafiəçi hazırda Avropada özü üçün rəqabətədavamlı mühit axtarır. Bu barədə İtaliyanın "Repubblica" nəşri məlumat yayıb.
Ramosun agenti artıq “Milan” rəhbərliyi ilə əlaqə saxlayaraq mümkün keçidin perspektivlərini müzakirə edib.
“Rossoneri” 39 yaşlı futbolçunun xidmətlərində maraqlı olan əsas namizədlərdən biri hesab olunur. Klub daha əvvəl Tyaqo Silvanı heyətinə qatmaq fürsətini əldən verib. A Seriyası nəhəngi bu dəfə oxşar vəziyyətin təkrarlanmaması üçün daha çox səy göstərəcək.
Qeyd edək ki, təcrübəli mərkəz müdafiəçisi indiyədək heç vaxt İtaliyada çıxış etməyib.












