İspaniya millisinin sabiq yarımmüdafiəçisi, hazırda isə “Komo”nun baş məşqçisi olan Sesk Fabreqas Xabi Alonsonun Madrid “Real”ında niyə çətinliklərlə üzləşdiyi barədə fikirlərini bölüşüb.

Matc.az DAZN-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis əsas problemin taktika deyil, madridlilərin ulduzlarla zəngin heyətinin psixologiyası olduğunu deyib:

“Onların hamısı çox yaxşı futbolçulardır. Hər biri əsas heyətdə yer almağa layiqdir və daimi oynamağa layiq olduğunu düşünür. Hər kəs meydanda fərq yaradan futbolçu olmaq istəyir. Hamısı təxminən 50 milyon avro dəyərindədir və öz milli komandalarında çıxış edirlər. Bunun öhdəsindən gəlmək və belə bir kollektivə nəzarət etmək, şübhəsiz ki, ən çətin vəzifədir”.

Xatırladaq ki, Xabi Alonso 2025-ci ilin yayında Karlo Ançelottini əvəzləyərək Madrid “Real”ının baş məşqçisi postuna təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest