25 Dekabr 2025, 09:56
FUTBOL
Adrien Rabyo etiraf edib ki, qapıçı Mayk Menyan onu artıq uzun müddətdir "Milan"ın heyətində görmək istəyirmiş.
Matc.az xəbər verir ki, fransalı futbolçu transferlə bağlı ilk söhbətlər hələ 3-4 il əvvəl, onun “Yuventus”unun formasını geyindiyi dövrdə baş tutduğunu deyib:
“Mayk bu mövzuda bir neçə il əvvəl danışmağa başlamışdı. Biz onunla yaxşı dostuq. Obyektiv olaraq desək, o, dünyanın ən yaxşı qapıçılarından biridir və belə peşəkarlar çox azdır. İndi "Milan"ın futbolçusu kimi səmimi qəlbdən ümid edirəm ki, o, bizimlə qalacaq. Bizə həqiqətən çox lazımdır".
Xatırladaq ki, Mayk Menyan 2021-ci ildən “rossoneri”nin formasını geyinir və komandanın əsas fiqurlarından biridir. Adrien Rabyo isə yayda "Milan"a qqoşulub.












