"Deportivo"da çıxış edən Yeremay Ernandes yaxın zamanda "Barselona"nın futbolçusu ola bilər.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

23 yaşlı futbolçu katalon klubunun potensial transfer hədəfləri siyahısına Rafinyaya alternativ kimi daxil edilib. Eyni zamanda Yeremayın mümkün transferi birbaşa Markus Reşfordla bağlı vəziyyətin necə inkişaf etməsindən asılıdır.Əgər ingiltərəli oyunçu ilə razılıq əldə olunmasa, "Deportivo"nun vingerinin transferi aktual hala gələcək.

"Barselona"da Yeremayın oyun üslubu çox bəyənilir. O, güclü driblinqi, birəbir epizodlarda effektiv çıxışı və qərarları sürətlə qəbul etməsi ilə seçilir. İspan futbolunda çıxış təcrübəsi də mühüm amildir və bu, onun La Liqaya tez uyğunlaşmasına imkan verə bilər.

Maliyyə məsələsi də əsas rol oynayır. "Barselona" bu transfer üçün 30 milyon avrodan çox vəsait xərcləməyi planlaşdırmır ki, bu da klubun gənc və perspektivli yatırım strategiyasına uyğundur.

Yeremay Ernandes cari mövsümdə La Liqa 2-də 19 matça çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest