25 Dekabr 2025, 16:14
MPL
Qara Qarayev "Araz-Naxçıvan"dan ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi ona xidmətlərinə görə təşəkkür edib, onunla mövsümün sonuna qədər olan müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.








_1766673962.jpg)



