“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen bu qış oyun praktikası qazanmaq məqsədilə icarəyə göndərilə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann təcrübəli qolkiperin klub səviyyəsində oyun praktikası olmadığı halda onu dünya çempionatına aparmaya bilər. 33 yaşlı "əlcək sahibi"nin icarəyə götürülməsində “Jirona” və “Aston Villa” maraqlıdır.

Qeyd edək ki, Mark-Andre ter Ştegen bu mövsüm ağır zədə səbəbindən mövsümün startını buraxıb və indiyədək yalnız İspaniya Kubokunda bir oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest