26 Dekabr 2025, 22:37
FUTBOL
Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci turunda Misir millisi Cənubi Afrika yığması ilə qarşılaşıb.
Matc.az xəbər verir ki, qarşılaşma Misir yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın taleyini həll edən yeganə qolu 45-ci dəqiqədə penaltidən Məhəmməd Salah vurub.
Bu nəticədən sonra B qrupunda xallarını 6-ya çatdıran Misir millisi liderliyə yüksəlib. Cənubi Afrika isə 3 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, 24 komandanın iştirak etdiyi turnir yanvarın 18-dək davam edəcək.












