"Barselona" yanvarın 1-də 18 yaşına çatacaq "Əl-Əqli"nin gənc misirli hücumçusu Həmzə Əbdülkərimi almaq seçimi ilə icarə müqaviləsi üzərində işləməyə davam edir.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, gənc futbolçu "Barselona"da forma geyinməyi xəyal edir, lakin "Əl-Əqli" ilə danışıqlar çətinləşir. Onun Misir milli komandasında dörd oyunda iki qol vurub bir məhsuldar ötürmə etdiyi U-17 dünya çempionatındakı çıxışı perspektivli oyunçunun dəyərini artırıb və klubu bundan yararlanmağa çalışır.

Həmzə Əbdülkərimin klubu onun transferi üçün ən azı 5 milyon avro almaq niyyətindədir. Lakin "Barselona"dan yeni təklif barədə məlumat verilib və indi qalan tək şey transferin baş tutub-tutmayacağını müəyyən etmək üçün Misir klubunun cavabını gözləməkdir.

Qeyd edək ki, bu mövsüm 17 yaşlı mərkəz hücumçusu Misir U-17 millisində 19 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest