28 Dekabr 2025, 13:36
FUTBOL
"Mançester Yunayted" Mali millisinin və Fransanın "Oser" klubunun hücumçusu Lassin Sinayoko ilə danışıqlar aparır.
Matc.az xəbər verir ki, bu barədə "Africafoot" məlumat yayıb.
Bildirilir ki, danışıqlar müsbət məcrada davam edir və "qırmızı şeytanlar" 26 yaşlı oyunçunu qış fasiləsində heyətinə qatmağı planlaşdırır.
Forvardın Liqa 1 kollektivi ilə müqaviləsinin müddəti yayda başa çatacaq.
Qeyd edək ki, Sinayoko bu mövsüm "Oser"in heyətində 16 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 7 milyon avro qiymətləndirir.












