28 Dekabr 2025, 15:27
FUTBOL
"Mançester Yunayted" Fransa millisinin və "Roma"nın yarımmüdafiəçisi Manu Koneni transfer etməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Bildirlir ki, İtaliya klubu Konenin yanvar ayında transferini istisna edib, lakin onu gələn yay təxminən 60-65 milyon avroya satmağa hazır olacaqları gözlənilir.
Qeyd edək ki, Kone bu mövsüm bütün turnirlərdə 21 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 50 milyon avrodur.












