29 Dekabr 2025, 14:52
FUTBOL
"Barselona" qış "transfer pəncərəsi" zamanı yeni mərkəz müdafiəçisi ilə müqavilə imzalamağa ümid edir.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, A Seriyasının üç oyunçusu potensial namizəd kimi nəzərdən keçirilir: "İnter"dən Stefan de Vrij, "Milan"dan Konni de Vinter və "Napoli"dən Xuan Xesus.
Buna əsas səbəb "Barselona"nın müdafiəçisi Andreas Kristensenin ön çarpaz bağının yırtılması səbəbindən uzun müddət oynamaması və Ronald Arauxonun ətrafındakı qeyri-müəyyənlikdir.












