PSJ-nin yarımmüdafiəçisi Vitinya Lionel Messi və Neymarın Paris təmsilçisində çıxış etdiyi dövrdə komanda daxilindəki ab-hava barədə danışıb.

Matc.az xəbər verir ki, portuqaliyalı futbolçunun sözlərinə görə, həmin mövsüm onun karyerasında ən çətin dövrlərdən biri olub:

“Çox şey baş verdi, amma bunlar barədə danışmaq istəmirəm. Məhz buna görə çətin idi. Elə bir il idi ki, özümüzü komanda kimi hiss etmirdim. Hər kəs özü üçün oynayırdı, meydanda bir qədər çaşqın vəziyyətdə idik. Hələ çox gənc idim, ora yenicə gəlmişdim. Bu, asan deyildi. Belə bir oyunçu qrupunun öhdəsindən gəlmək kifayət qədər çətin idi”.

Qeyd edək ki, Vitinya cari mövsümdə PSJ-nin heyətində 30 oyunda iştirak edib, 6 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest