İtaliyanın “Komo” klubu “Kruzeyro” ilə müdafiəçi Kaykinin transferi ilə bağlı danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə jurnalistlər Den Abreu və Fabrizio Romano məlumat veriblər.
“Komo” dekabr ayı ərzində 22 yaşlı futbolçu ilə ilkin təmaslar qurub və yaxın həftələrdə rəsmi təklif irəli sürməyə hazırlaşır. Klublar arasında danışıqlar davam edir.
Kayki ilə Portuqaliya klubları, xüsusilə də “Portu” maraqlanır. “Kruzeyro" cəlbedici təklif daxil olacağı və futbolçunun komandadan ayrılacağı ehtimalına qarşı sol cinah müdafiəçisi mövqeyini gücləndirmək variantlarını nəzərdən keçirir.
Kayki ümumilikdə “Kruzeyro”nun əsas komandasında 97 matçda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı Braziliyanın U-23 millisinin üzvünün transfer dəyərini 10 milyon avro olaraq qiymətləndirir.






_1767091216.jpg)


_1767056538.jpg)


