"Ayntraxt" Bundesliqa 2-nin ən yaxşı bombardiri Yunes Ebnutalibin transferini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə Frankfurt klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 1 yanvarda başlayacaq və 2031-ci ilin yayına qədər davam edəcək. Ebnutalib "Ayntraxt"a 8 milyon avroya başa gəlib.

Qeyd edək ki, bu mövsüm hücumçu "Elfersberq"in heyətində 12 qol vurub. "Transfermarkt" onu 6 milyon avro dəyərində qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest