30 Dekabr 2025, 21:28
FUTBOL
"Atletiko"nun akademiyasının yetirməsi və klubun əfsanəsi Enrike Kolyar 91 yaşında vəfat edib.
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu 1952–1969-cu illərdə "Atletiko"nun əsas komandasında sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib. O, paytaxt təmsilçisinin heyətində 470 oyun keçirib və 105 qol vurub. Kolyar on il ərzində komandanın kapitanı olub.
Kolyar "Atletiko"nun heyətində 1966-cı ildə İspaniya çempionu adını qazanıb, üç dəfə İspaniya Kubokunu, həmçinin 1962-ci ildə Kubok Sahibləri Kubokunun qalibi olub.
Kolyar "Kadis", "Mursiya" və "Valensiya" klublarında da çıxış edib. O, 1955–1963-cü illərdə İspaniya millisinin heyətində 16 oyuna çıxıb və 4 qolla yadda qalıb.


_1767127284.jpg)









