“Yuventus”un qapıçısı Mattia Perin qış transfer dövründə “Cenoa”ya qayıtmayacaq.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X sosial şəbəkəsində məlumat verib.

Turin klubu 33 yaşlı qolkiperin transferi ilə bağlı “Cenoa”nın təklifini rədd edib. Genuyalılar Perinlə 3 illik şəxsi müqavilənin şərtlərini artıq razılaşdırmışdılar, lakin yekun qərar transferi bloklayan “Yuventus”a məxsus olub.

Perin üçün “Cenoa” yaxşı tanış klubdur. İtaliyalı "əlcək sahibi" 2008–2018-ci illərdə bu komandada çıxış edib, daha sonra 16,3 milyon avro qarşılığında “Yuventus”a transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest