04 Yanvar 2026, 21:31
FUTBOL
İngiltərə Futbol Liqasında 14 qarşılaşma təxirə salınıb.
Matc.az xəbər verir ki, əlverişsiz hava səbəbindən bu gün, yanvarın 4-də keçirilməsi planlaşdırılan bir çox qarşılaşma baş tutmayıb.
Məlumata görə, Çempionşip çərçivəsində hakimlərin Şeffild və Portsmut şəhərlərində stadionlara baxış keçirməsindən sonra meydança örtüyünün oyun üçün yararsız olduğu müəyyənləşib. Nəticədə "Şeffild Yunayted" - "Oksford Yunayted" və "Portsmut" - "İpsviç Taun" qarşılaşmaları təxirə salınıb.
Bildirilir ki, əlverişsiz hava şəraiti aşağı liqalara da təsirsiz ötüşməyib. 1-ci Liqada 4, 2-ci Liqada isə 8 qarşılaşma meydançaların donması səbəbindən ləğv edilib.




_1767623027.jpg)







