05 Yanvar 2026, 14:30
FUTBOL
"Sportinq" heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Lissabon təmsilçisi "Vest Hem"dən Luis Gilyermeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliya klubu braziliyalı vinger üçün 17 milyon avro təzminat ödəyib. 19 yaşlı oyunçu "Sportinq"lə 4,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Luis Gilyerme bu mövsüm "Vest Hem"in heyətində 5 oyunda 121 dəqiqə meydanda olub.












