"Səbail" daha bir futbolçusu ilə bağlı qərarını verib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Yevgeni Koçuk komandada saxlanılıb.

Məşqçilər korpusu Moldova millisinin üzvünün xidmətində maraqlı olub. Bu üzdən 26 yaşlı orta sahə oyunçusu ilə yeni 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Səbail" Koçukdan əvvəl Rahid Əmirquliyev, Vüqar Bəybalayev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov və Aleksandr Rıbka ilə yeni sözləşmə bağlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest