"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Mauro İkardini komandada saxlayacaq.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Argentinalı forvardla 1+1 illik yeni sözləşmənin şərtləri razılaşdırılıb. 33 yaşlı futbolçunun maaş 4,5 milyon avro olacaq.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 23 oyunda 9 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest