"Əl-Hilal"ın müdafiəçisi Joao Kanselo Avropaya qayıtmağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

"İnter" portuqaliyalı futbolçunun keçidini həll edib. 31 yaşlı sağ cinah müdafiəçisinin yaxın günlərdə Milan təmsilçisinin düşərgəsinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, Joao Kanselonu 2024-cü ilin yayında "Mançester Siti"dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində keçirdiyi 6 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest