Futbol üzrə Türkiyə Super Kubokunda ilk yarımfinal oyunu keçirilib.

Matc.az xəbər verir ki, Qaziantepdə "Qalatasaray" və "Trabzonspor" üz-üzə gəlib. Qarşılaşma "sarı-qırmızılar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray" finalda "Fənərbaxça" - "Samsunspor" cütünün qalibi ilə qarşılaşacaq. Həlledici matç 10 yanvar tarixində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest