"Zirə"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilir ki, hücumçu Xulio Sezar Rodriges növbəti mövsümü də qəsəbə təmsilçisində keçirəcək. Belə ki, paraqvaylı forvardla yeni 1 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçu paytaxt klubuna bu ilin yanvarında keçmişdi.

Qeyd edək ki, "Zirə"də buna qədər Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca, Tellur Mütəllimov və Adrian Skarlatake ilə yeni sözləşmə imzalanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest