Vinisius Junior “Çelsi”ni mümkün transfer variantı kimi nəzərdən keçirmir.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Markos Benito məlumat yayıb. London klubu futbolçunun gözlədiyi maaşı təklif etmək imkanına malik deyil.

Daha əvvəl bildirilirdi ki, “Çelsi” qış transfer pəncərəsində braziliyalı vingerin keçidi üçün “Real”a təxminən 160 milyon avro ödəməyə hazırdır. Lakin maaş məsələsi bu razılaşma üçün əsas maneə olaraq qalır.

Vinisiusun “Real”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Tərəflər oyunçunun illik 30 milyon avro maaş tələbi səbəbindən yeni anlaşma ilə bağlı hələ də razılığa gələ bilməyiblər.

Bu vəziyyət 25 yaşlı futbolçunun yaxın aylarda digər Avropa klubuna mümkün keçidini xeyli çətinləşdirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest