06 Yanvar 2026, 16:28
FUTBOL
"Mançester Siti" müdafiəçi Camay Simpson-Pyuzini icarəyə verib.
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
"Şəhərlilər" ingiltərəli futbolçunu "Köln"ə göndərib. 20 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısını Bundesliqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, Camay Simpson-Pyuzi bu mövsüm "Mançester Siti"nin heyətində Premyer Liqada 1 oyunda iştirak edib.









_1767799613.jpg)


