06 Yanvar 2026, 21:28
FUTBOL
"Strasburq" "Çelsi"yə baş məşqçi təyin edilən Liam Rozenyorun yerinə namizəd tapıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano yayıb.
Fransa klubu Qari O'Nilin yeni baş məşqçi təyinatı ilə bağlı prinsipial razılığa gəlib. O, uzunmüddətli müqavilə imzalayacaq.
42 yaşlı O'Nilin son klubu 2024-cü ilin yayında ayrıldığı "Vulverhempton" olub. O, bir ildən çox "Vulverhempton"da çalışıb. Onun rəhbərliyi altında "Vulverhempton" 63 oyun keçirib, 20 qələbə və 32 məğlubiyyət qeydə alıb.












_1767799613.jpg)