Türkiyə Superkubokunun ikinci yarımfinal oyununda "Fənərbaxça" və "Samsunspor" komandaları üz-üzə gəlib.

Matc.az xəbər verir ki, qarşılaşma İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 4-cü dəqiqədə Kərəm Aktürkoğlu açıb. Matçın 67-ci dəqiqəsində isə Con Duran ikinci qolu vurub.

Qeyd edək ki, Türkiyə Superkubokunun finalında "Fənərbaxça" "Qalatasaray"la qarşılaşacaq. Görüş yanvarın 10-da baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest