07 Yanvar 2026, 00:47
FUTBOL
"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik portuqaliyalı müdafiəçi Joao Kanselonun transferi ilə bağlı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə danışıqları təsdiqləyib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
"Joao cinahlarımızı və hücum xəttimizi gücləndirəcək, amma müqavilə hələ yekunlaşmayıb. Hər şey yekunlaşdıqda, məmnun qalacağam, çünki bu, bizə daha çox seçim imkanı verəcək. Bu, yüksək keyfiyyətli yaxşı bir seçimdir", - Flik deyib.
Qeyd edək ki, Kanselo 2023/24 mövsümündə "Barselona"da "Mançester Siti"dən icarə əsasında oynayıb. Bu mövsüm o, "Əl-Hilal"da bütün yarışlarda 6 oyunda iştirak edib və bir qol vurub.












_1767799613.jpg)