08 Yanvar 2026, 14:49
FUTBOL
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri 2026-cı il Qış Olimpiya Oyunları ərəfəsində Olimpiya məşəli estafetinin iştirakçısı olacaq.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Alleqri üçün oyunların startı ərəfəsində Olimpiya məşəlini daşımaq böyük şərəfdir.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarına Milan və Kortina-d’Ampezzo ev sahibliyi edəcək. Klub rəhbərliyi də baş məşqçini bu hadisə münasibətilə təbrik edib.
2026-cı il Qış Olimpiya Oyunları 6–22 fevral tarixlərində keçiriləcək.

_1767957977.jpg)
_1767956472.jpg)

_1767955701.jpg)







