“Bavariya” qapıçı Daniyel Peretsi cari mövsümün sonunadək İngiltərənin “Sauthempton” klubuna icarəyə verib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsrailli qolkiper yaya qədər Çempionşip təmsilçisinin uğurları üçün tər tökəcək.

Perets 2023-cü ilin yayında Makkabinin “Təl-Əviv” klubundan “Bavariya”ya transfer olunub. 25 yaşlı "əlcək sahibi" mövsümün ilk yarısında "Hamburq"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest