"Qalatasaray" "Mançester Siti"nin kapitanı Bernardo Silvanı transfer etməyi ciddi şəkildə nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul nəhəngi yayda azad agent statusunda olacaq portuqaliyalı hücumameyilli yarımmüdafiəçi ilə danışıqlara başlayıb. 31 yaşlı futbolçuya Avropa və Səudiyyə Ərəbistanından da təkliflər var.

Qeyd edək ki, Bernardo Silva bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 27 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest