PSJ-dən ayrılmaq qərarına gələn Neymara daha bir müştəri çıxıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Barselona"dan sonra "Real" da ulduz futbolçu üçün qarşı tərəflə rəsmi danışıqlara başlayıb.

Kilian Mbappedən əli üzülən "kral klubu" əvəzində onun komanda yoldaşı Neymarın transferində maraqlıdı. Madridlilər Fransa təmsilçisinə 130 milyon avro və Hames Rodrigeslə Qaret Beyldən birini təklif edib. Beyl baş məşqçi Zinəddin Zidanın gələcək planında yoxdusa, son iki ili "Bavariya"da icarədə keçirən Rodrogesin "Napoli"yə keçidi istisna deyil.

PSJ bu keçidə qarşı olmasa da, futbolçu özü "Barselona"ya qayıtmaqda israrlıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest