PSJ-nin hücumçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc forvard İspaniya klubuna bu yay keçməyəcək.

"Kral klubu" onu gələn ilin yayında transfer etməyin planlarını cızır. PSJ-nin prezidenti Nasser əl-Xelaifi ilə yaxşı münasibətdə olan Florentino Peres bu niyyətini həmkarına çatdırıb. Tərəflər arasında hətta ilkin razılığın əldə olunduğu da bildirilir.

Qeyd edək ki, Kilian Mbappe ötən mövsüm Liqa1-də keçirdiyi 29 oyunda 33 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest