15 Yanvar 2026, 15:58
FUTBOL
Fakundo Buonanotte icarə əsasında formasını geyindiyi "Çelsi"dən ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Argentinalı hücumameyilli yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Brayton"a qayıtmayacaq. 21 yaaşlı futbolçu yaya kimi icarə əsasında "Lids Yunayted"də çıxış edirdi.
Qeyd edək ki, "Çelsi" Fakundo Buonanotteni mövsümün əvvəlində icarəyə götürmüşdü. Argentina millisinin üzvü London təmsilçisinin heyətində keçirdiyi 8 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.







_1768491808.jpg)
_1768490212.jpg)



