20 Yanvar 2026, 17:15
FUTBOL
"Aston Villa"nın heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin aparıcı oyunçularından olan Bubakar Kamara sıradan çıxıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Fransalı dayaq yarımmüdafiəçisinin durumu ciddidir. Dizindən zədə alan 26 yaşlı futbolçu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Bubakar Kamara bu mövsüm "Aston Villa"nın heyətində keçirdiyi 26 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.












