"Şaxtyor"un yarımmüdafiəçisi Pedrinyo Ukrayna pasportu almağın son mərhələsindədir.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, Sergey Rebrovun rəhbərlik etdiyi Ukrayna millisinin məşqçilər heyətinin nümayəndələri artıq 27 yaşlı yarımmüdafiəçi ilə əlaqə saxlayaraq onun milli komandada oynamaq ehtimalını müzakirə ediblər. Pedrinyo yaxın gələcəkdə milli komandaya qeydiyyatdan keçə bilməsi üçün sənədləşmə prosesini sürətləndirib.

Futbolçu martın 26-da İsveçə qarşı keçiriləcək dünya çempionatının seçmə mərhələsinin pley-off oyununa çağırılması üçün nəzərdən keçirilir.

Qeyd edək ki, Pedrinyo "Şaxtyor"a 2021-ci ilin yayında 18 milyon avroya "Benfika"dan keçib. 2022-ci ildən 2024-cü ilə qədər o, "Atletiko Mineyro"da icarə əsasında oynayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest