"Vasko da Qama" və "Bornmut" hücumçu Rayanın İngiltərə klubuna transferini yekunlaşdırıblar. Braziliyalı futbolçu artıq İngiltərəyə gedib və yanvarın 26-da tibbi müayinədən keçəcək.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, "Bornmut" "Vasko da Qama"ya 28,5 milyon avro və əlavə 6,5 milyon avro bonus ödəyəcək.

Qeyd edək ki, Ryan 2023-cü ilin yayından bəri "Vasko da Qama"nın əsas komandasında oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 99 oyunda meydana çıxıb, 25 qol vurub və 2 məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest