"Mançester Yunayted" istedadlı yarımmüdafiəçisi Kobbi Meyno ilə yeni uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Bildirilir ki, 20 yaşlı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir və "qırmızı şeytanlar" tezliklə onunla danışıqların başlamasını nəzərdə tutub.

Qeyd etmək lazımdır ki, Ruben Amorimin "Mançester Yunayted"də çalışdığı dövrdə Meyno klubdan ayrılmağa yaxın idi və onunla "Napoli" fəal şəkildə maraqlanırdı. Lakin portuqaliyalı mütəxəssisin qovulmasından sonra ingilis futbolçunun vəziyyəti dəyişdi.

Bu mövsüm Meyno bütün yarışlarda 15 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest