"Real"ın hücumçusu Kilian Mbappe karyerasında əfsanəvi braziliyalı Ronaldonu geridə qoyub.
Matc.az xəbər verir ki, bu barədə məlumat "Transfermarkt"dakı oyunçu statistikası ilə açıqlanıb.
Fransa millisinin hücumçusu dünən "Vilyarreal"a qarşı 2 qol vuraraq karyerasında vurduğu qolların sayını 416-ya çatdırıb, Ronaldonun isə qolların sayı 414-dür.
Qeyd etmək lazımdır ki, Ronaldo karyerasının böyük bir hissəsini Madriddə keçirib. O, "Real"da 177 oyunda 104 qol vurub və 34 məhsuldar ötürmə edib. Braziliyalı futbolçu klubunda 499, milli komandasında isə 99 oyun keçirib.
Kilianın Ronaldonun karyerasında vurduğu qolların sayını keçməsi üçün 564 oyun lazım olub və 416 qoldan əlavə, o, 178 məhsuldar ötürmə də edib.
Qeyd edək ki, Kilian Mbappe hazırda La Liqanın bombardirlər siyahısına 21 qolla başçılıq edir, ən yaxın rəqibi Muriquinin isə 14 qolu var.












