25 Yanvar 2026, 15:59
FUTBOL
"Liverpul" rəhbərliyi "Real" sabiq baş məşqçisi Xabi Alonsonun xidmətində maraqlıdır maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə məlumat AS paylaşıb.
Bildirilir ki, klubun nümayəndələri və 44 yaşlı ispan mütəxəssisin agenti artıq bir-biri ilə əlaqə saxlayıblar.
İngilis klubu Alonsonu növbəti menecerləri kimi görmək istəyirlər. Alonsonun özü də məşqçiliyə qayıtmağa hazırdır, lakin ilk təklifi qəbul etməyə tələsmir.
Hazırda "Liverpul"u Arne Slot çalışdırır. 2024-cü ilin iyul ayında komandaya rəhbərlik etməyə başlayan niderlandlı mütəxəssis ilk mövsümündə komandaya çempionlu qazandırıb. Bununla belə, komanda hazırda Premyer Liqada lider "Arsenal"dan 14 xal geridə qalaraq dördüncü yerdədir.












