Portuqaliyalı cinah yarımmüdafiəçisi Luis Nani Qazaxıstanın "Aktobe" klubuna keçib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilir ki, 39 yaşlı futbolçu 31 dekabr 2026-cı ilə qədər 1 illik müqavilə imzalayıb. Müqavilənin maliyyə təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, Nani peşəkar futboldan 2024-cü ilin dekabrında ayrıldığını açıqlayıb. O, karyerası ərzində 616 oyun keçirib, 128 qol vurub və 145 məhsuldar ötürmə edib.

"Sportinq"in yetirməsi olan cinah yarımmüdafiəçisi ən böyük şöhrətini "Mançester Yunayted"də qazanıb (230 oyun, 41 qol və 70 məhsuldar ötürmə).

Nani karyerası ərzində 4 İngiltərə çempionluğu, 1 Çempionlar Liqası və 1r Avropa çempionluğunu qazanıb.

"Aktobe" ötən mövsümü Qazaxıstan çempionatını beşinci yerdə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest