26 Yanvar 2026, 21:18
FUTBOL
"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze İtaliya A Seriyasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Yuventus" niderlandlı forvardı transfer etmək istəyir. Turin təmsilçisi 24 yaşlı futbolçu üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeni 2024-cü ilin yayında "Bolonya"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 16 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.



_1769459131.jpg)








