"Atletiko" "Bornmut"un hücumçusu İqor Tyaqonu və hazırda "Lion"da icarədə olan "Real"ın forvardı Endrikin transfer imkanlarını araşdırır

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Touchline" yayıb.

Bildirilir ki, Xulian Alvaresin yayda Madrid klubundan ayrılacağı təqdirdə bu oyunçular potensial əvəzləyici kimi nəzərdən keçirilir.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone əmindir ki, o, Endrikin potensialını aça bilər, ona oyun vaxtı və komandada aydın rol ilə təmin edə bilər. Simeone həmçinin qeyd edir ki, İqor Tyaqo daha fiziki cəhətdən güclü oyunçudur, qol vura bilir və cərimə meydançasında özünəinamlıdır.

İqor Tyaqo bu mövsüm "Bornmut"da 24 oyunda meydana çıxıb, 17 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunu 35 milyon avro dəyərində qiymətləndirir.

Endrik isə indiyə qədər "Lion"da 3 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Ən son oyununda o, het-trik edərək komandanın 5:2 hesablı qələbəsinə töhfə verib. "Transfermarkt" Endrikin transferini 25 milyon avro dəyərində qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest