02 Fevral 2026, 17:52
FUTBOL
"İnter"in kapitanı Lautaro Martines İtaliya A Seriyasında 128-ci qolunu vurub.
Matc.az xəbər verir ki, argentinalı hücumçu 23-cü turun "Kremoneze" ilə oyununda (2:0) fərqlənib.
Martines "İnter"in heyətində İtaliya çempionatında ən çox qol vurmuş 4-cü futbolçu olan Alessandro Altobelliyə çatıb. 28 yaşlı forvardın növbəti hədəfi 133 qolu olan Stefano Niersə çatmaq olacaq. Ondan öndə isə Benito Lorenzi (138) və Cüzeppe Meazza (197) var.
Qeyd edək ki, Lautaro Martines bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 17 qol vurub və 4 məhsuldar ötürmə edib.












