02 Fevral 2026, 18:38
FUTBOL
"Samsunspor" Eyüp Aydınla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Klub türkiyəli yarımmüdafiəçinin icarə müqaviləsinə vaxtından əvvəl xitam verib. Futbolçu müqavilə ilə məxsus olduğu "Qalatasaray"a qayıdıb.
Qeyd edək ki, "Samsunspor" Eyüp Aydını mövsümün əvvəlində icarəyə götürmüşdü. 21 yaşlı oyunçu komandanın heyətində 6 matçda meydana çıxıb.












