Hazırda "Başakşəhər"də icarədə olan "Roma"nın özbək hücumçusu Eldor Şomurodov Türkiyə klubunun tam hüquqlu oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə "Pravila Futbola" məlumat paylaşıb.

Bildirilir ki, İstanbul klubu oyunçunun icarə müqaviləsindəki 2,7 milyon avroluq satış bəndini aktivləşdirib.

Qeyd edək ki, Şomurodov 2025-ci ilin yayında Türkiyə klubuna qoşulub. O, "Başakşəhər"də 28 oyun keçirib, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest