04 Fevral 2026, 15:12
FUTBOL
"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo klubdakı mövcud vəziyyətdən narazıdır və müqaviləsini ləğv etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Touchline" patlaşıb.
Bildirilir ki, Ronaldo "Əl-Nəsr"dəki təsirinin azaldığına və əsas qərarlarda artıq fikirlərinin əhəmiyyət kəsb etmədiyinə inanır.
Qeyd edək ki, Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir. "Transfermarkt" hücumçunun dəyərini 12 milyon avro olaraq qiymətləndirir.












